Vandakı zəlzələ Azərbaycana təsir edir?
22 Noyabr 2011 Çərşənbə Axşamı 12:18
Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru məsələyə aydınlıq gətirib.
Xəbər verdiyimiz kimi, ötən gün saat 23:42-də Azərbaycanda Şamaxı rayonunun Pirqulu kəndindən 15 kilometr şimal-qərbdə 3 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanlar rayonun Pirqulu kəndində hiss edilib. Dağıntı və tələfat olmayıb.
Milli Elmlər Akademiyasının Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişlinin ANS-ə verdiyi məlumata görə, son zamanlar Azərbaycanda baş verən zəlzələlərin Türkiyənin Van vilayətində olan yeraltı təkanlarla heç bir əlaqəsi yoxdur.
“Vanda baş verən zəlzələnin Azərbaycanın zəlzələ ocaqlarına heç bir təsiri ola bilməz. O, başqa regiondur, Azərbaycan başqa regiondur. Vana gəldikdə isə, baş verən zəlzələdən sonra avtoşoklar hələ davam edəcək. Çünki, əsas təkandan sonra zəlzələlər uzun müddət davam edir. Yığılmış enerji boşalana və sakitləşənə qədər avtoşoklar davam edir”,- deyə Qurban Yetirmişli bildirib.
DOSTLARINLA PAYLAŞ: