Vahid Ələkbərov "Şərəf" ordeni ilə təltif edilib
31 Avqust 2010 Çərşənbə Axşamı 20:25
"Lukoil"un prezidenti Vahid Ələkbərov Azərbaycan-Rusiya münasibətlərinin inkişafındakı xidmətlərinə görə mükafatlandırılıb.
Vahid Yusifoviç Ələkbərov “Şərəf” ordeni ilə təltif edilib. Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb. Vahid Ələkbərov Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında qarşılıqlı əlaqələrin inkişafındakı xidmətlərinə görə mükafatlandırılıb.

Qeyd edək ki, Vahid Ələkbərov Rusiyanın aparıcı neft şirkəti olan "Lukoil"un prezidentidir. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar