V Dünya Su Forumu
18 Mart 2009 Çərşənbə 16:30
Elton Məmmədov martın 18-dən 22-dək İstanbulda səfərdə olacaq

Türkiyənin İstanbul şəhərində keçirilən V Dünya Su Forumunda Milli Məclisin deputatı, Təbii ehtiyatlar, energetika və ekologiya məsələləri daimi komissiyasının sədr müavini Elton Məmmədov iştirak edəcək. Azərbaycanlı deputat martın 18-dən 22-dək İstanbulda səfərdə olacaq.
Milli Məclisin mətbuat xidmətindən verilən məlumata görə, tədbirdə ətraf mühitdə suyun rolu, su ehtiyatlarının qorunması, onlardan davamlı şəkildə istifadə üçün lazımi tədbirlərin görülməsi, bu sahədə yeni təşəbbüslər və digər mövzular diqqət mərkəzində olacaq.
Forum çərçivəsində Türkiyə Böyük Millət Məclisinin Dünya Su Şurası ilə birgə təşkil etdiyi “Parlamentarlar su uğrunda” mövzusunda toplantı keçiriləcək. İclasda su və sanitariya hüququ, transsərhəd su menecmenti, qlobal iqlim dəyişikliklərinin nəticələri, su məsələsində deputatlar üçün dəstək mexanizmi ətrafında fikir mübadiləsi aparılacaq./ANS PRESS/



DOSTLARINLA PAYLAŞ:

oyunlar