Uşaqlar övladlığa götürüləndə onların istəyi nəzərə alınırmı?
03 Aprel 2013 Çərşənbə 18:38
Övladlığa götürən şəxs nikahda deyilsə, onunla övladlığa götürülən uşağın yaş fərqi 16-dan az olmamalıdır.

Uşaq övladliğa götürərkən əsas məsələ ailə ilə uşaq arasinda münasibət yaratmaqdan ibarətdir. Bu münasibət formalaşmaqda olan ailənin möhkəm təməlini təmin etmiş olur. Uşaq Hüquqları üzrə Qht Alyansının idarə heyətinin sədri Nazir Quliyevin sözlərinə görə, sağlam ailənin formalaşmasi üçün övladlığa götürülən uşaqların da istəkləri mütləq nəzərə alınmalıdır. Çünki onların həyatı üçün bu məqam mühüm rol oynayır.

Bəzən olur ki, uşaqların fikirlərini diqqətə alan olmur. Yeni ailələrə uyğunlaşa bilməyən balacalar da bir müddətdən sonra yenidən tərk etdikləri internatlara qayıtmaq məcburiyyətində qalırlar.

Bəs, bu vəziyyətdə övladlığa götürən ailələrin öhdəsinə düşən nədir? İlk növbədə, valideynlik arzusunda olanların həkim müayinəsindən keçmələri mütləqdir. Əgər hər hansı bir ailədə keçici xəstəliklər, o cumlədən, psixi pozğunluqlar varsa, o zaman həmin ailələrə uşaq verilməsi qadağandır.

Hüquqşünas Tahir Əlirzayevin sözlərinə görə, övladlığa götürmə prosesi asan məsələ deyil: “Bu proses uşağı övladlığa götürmək istəyən şəxsin verdiyi ərizə əsasında məhkəmə tərəfindən reallaşdırıla bilər. Məhkəmə uşağin övladlığa götürülməsi barədə qətnamə verməli və bu sənəd qüvvəyə mindiyi gündən 3 gün müddətində qətnamənin çixarışı müvafiq icra hakimiyyəti orqanına göndərilməlidir”.

Əgər övladlığa götürən şəxs nikahda deyilsə, onunla övladlığa götürülən uşağın yaş fərqi 16-dan az olmamalıdır.



DOSTLARINLA PAYLAŞ:

oyunlar