Uşaq pornoqrafiyasına qarşı mübarizə
22 Fevral 2010 Bazar Ertəsi 19:25
Türkiyədə həbs olunan şəxsin kompüterindən 550 şəkil və video aşkarlanıb
Türkiyənin Sakarya bölgəsində internetdən uşaq pornoqrafiyası materialları götürən bir nəfər şəxs həbs olunub. Adı açıqlanmayan 41 yaşlı şəxsin kompüterində aparılan yoxlama zamanı polis 550 şəkil və video görüntü ələ keçirib.
Verilən məlumata görə, iki dəfə format (silinmə) olunmuş kompüterdəki məlumatların əksər hissəsi internetdən götürülüb.
Polisdə ifadəsi alınan şəxsin barəsində daha sonra həbs qərarı çıxarılıb.
Polisin açıqlamasında isə bildirilib ki, müxtəlif profillərlə internetə girən polis əməkdaşları qadağan olunmuş materialların kimlər tərəfindən yayılmasını izləyir. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: