Üsamə bin Laden canlı yaxalanaraq öldürülüb!
04 May 2011 Çərşənbə 14:39
Bunu terrorçunun qızı deyib
"Əl-Ərəbiyə" telekanalı "Əl-Qaidə" terror təşkilatının lideri Üsamə bin Ladenin qızının ifadələrinə əsasən, onun Amerikanın əməliyyatı əsnasında canlı yaxalandığını bildirib. Məlumata görə, Üsamə bin Laden sonradan başından vurularaq öldürülüb. Bin Ladenin qızı atasının həmçinin silahsız olduğunu bildirib.

Ağ ev sözçüsü Jay Carney də əməliyyat zamanı Üsamə bin Ladenin silahsız olduğunu söyləyib. Sözçü Bin Ladenin cəsədinin fotosunun "qorxunc" göründüyünü və nümayiş olunacağı təqdirdə "təhrikedici" ola biləcəyini ifadə etmişdi.

Britaniyanın "The Daily Mail" qəzeti isə Bin Ladenin 12 yaşlı qızının gözləri qarşısında güllələndiyini yazıb. Onun qızı atasının gizləndiyi evdəki digər 17-18 nəfərin arasında imiş.
"Bin Laden ilk güllədən ölüb. Daha sonra ona 2 "yoxlama" atəşi də açılıb", - deyə qəzet yazır.


DOSTLARINLA PAYLAŞ:

oyunlar