Urmiya görüşündə birgə bəyənnamə qəbul edilib
16 Aprel 2011 Şənbə 22:28
Azərbaycan, Türkiyə və İran xarici işlər nazirlərinin qəbul etdikləri bəyannamə doqquz bəndən ibarətdir.
Azərbaycan, Türkiyə və İran xarici işlər nazirlərinin Urmiyadakı üçtərəfli görüş zamanı birgə bəyənnamə qəbul edilib, Bu bəyannamə doqquz bəndən ibarətdir.

1.Üçtərəfli iqtisadi əməkdaşlığın artırılması üçün müştərək investisiya, müştərək ticari və sənayə planları, enerji, turizm və sair sahələrdə müştərək planların həyata keçirilməsi.

2.Üçtərəfli iqtisadi komitənin yaradılması, gömrükdə rüsumaların azadılması, sərhəd keçidlərin təmiri və yenilənməsi, həmçinin müştərək şirkətlərin yaradılmasının araşdırılması.

3.Üç ölkə konsulluqlarının nümayəndələri vətəndaşları başqa ölkələrə getdikdə, problemlərini həll edilməsi üçün bir komitənin yaradılması.

4.Üç ölkə bir-birinin tarixi mirasını və şəxsiyyətlərinin yubileylərinin keçirilməsi üçün şəraitin yaradılması və birgə mədəni proqramların həyata keçirməsi.

5.Terrorizm və təşkilatlanmış cinayət dəstələrinin narkotik maddələrin qaçaqmalçılığı ilə mübarizə, silah qaçaqmalçılıq və qeyri-qanuni immiqrantlarla mübarizə üzrə üç ölkə təhlükəsizlik informasıyalarının mübadiləsi.

6.Üç ölkənin regionun və beynəlxalq sahədə üzv olduğu təşkilatlarda əməkdaşlıqlarının artırılması.

7.Regionda olan kütləvi etirazlarla bağlı xalqa qarşı kobutluğu pislənərək, onların mədəni və ictimai hüquqlarının bərpasının vacibliyi.

8.Üç olkə arasında münasibətlərin və sərhəd zonalarında turizm, nəqliyyat, kommunikasiya və ticarət əlaqələrinin genişləndiriməsi.

9. İran-Türkiyə-Azərbaycan növbəti üçtərəfli görüşü Naxçıvanda 2011-ci ilin oktyabr ayında keçirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, ötən ilin dekabr ayında da İstanbulda Azərbaycan, Türkiyə və İran xarici işlər nazirləri arasında üçtərəfli görüş olub. Üç ölkənin xarici işlər nazirlərinin növbəti görüşü isə Naxçıvan Muxtar Respublikasında keçiriləcək. XİN başçılarının görüşü 2011-ci ilin oktyabrında keçirilməsi planlaşdırılıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar