Urmiya gölü məhv olur
28 İyul 2012 Şənbə 12:09
Urmiya gölü məhv olur. ANS PRESS "Kaleme" qəzetində dərc olunmuş məqalədən parçaları təqdim edir.
İranın "Kaleme" qəzeti Urmiya gölünün qurumaq üzrə olmasından yazıb. ANS PRESS qəzetdə dərc olunmuş məqalədən parçaları təqdim edir:



İranın ən iri daxili gölü məhv olmaq üzrədir. Gerçəklikdə duzlu Urmiya gölü duzlu səhraya çevrilir, xəritədə artıq onu mavi rəngdən ağa çevirməyin vaxtı çatıb. Bu gölün məhvindən sonra 13 milyon İran vətəndaşı duz sunamisi ilə üz-üzə qalacaq. Yellər bütün ölkəyə 10 milyrd ton duz səpələyəcək. Gölün vəziyyəti o qədər ağırdır ki, İranın təbiət mühiti və biologiya üzrə ekologiya idarəsinin rəhbərinin müavini Asqar Mohammadi Fazel həyəcan təbili çalır: artıq gölün səthinin 65%-i quruyub. Bu dövlət məmuru İranın “İrna” informasiya agentliyinə bildirib ki, gölün akvatoriyasının yalnız 35%-i su ilə doludur.



Halbuki, Qərbi Azərbaycan vilayətinin ekologiya idarəsinin baş direktoru bir ay qabaq yağışların artırılması üçün buludların sıxlaşdırılması və Araz çayının bir qolunun istiqamətinin gölə tərəf dəyişməsi planlarından danışmışdı və vəd etmişdi iki 20 iyun 2012-ci il günündən Urmiya gölünün durumu yaxşılaşacaq, su axını artacaq və gölün duzluluq səviyyəsi aşağı düşəcək.



Gölün akvatoriyasının yalnız 35%-nin su ilə dolu olması göstərir ki, artıq göl mövcudluğunu dayandırıb. Mohammadi Fazel bildirir: “Urmiyanın bəzi hissələri duzun çox yığılmasından qızarıb, bu, durumun kritik olmasından xəbər verir”. O, İran energetika nazirliyini tənqid edib ki, gölə lazım olan illik suyu verməyib: “Energetika nazirliyi keçən il su mövsümünün əvvəlindən Urmiya gölünə 18 milyard su göndərib, halbuki hazırda Urmiya gölünün 24 milyard kubmetr suya ehtiyacı var”.



Regionun su resurslarının 90%-nin kənd təsərrüfatı işləri üçün istifadə edilməsi, havanın isti olmasından buxarlanmanın güclü getməsi, axıntı quyularının qazılması üzündən yeraltı sulara zərərli maddələrin qarışması üzündən İranın bu ən iri daxili gölü qurumaq üzrədir. Ekoloqlar artıq dəfələrlə bildiriblər ki, gölün quruması üzündən bölgənin mülayim iqlimi duzlu yellərin üstünlük təşkil edəcəyi tropik iqlimə çevriləcək və bölgənin bütün ekosistemi dəyişəcək.



Son illərdə Urmiya gölü rayonunda 17 su bəndi tikilib, həmçinin gölün şərqindən qərbinə uzanan və gölü iki yerə bölən torpaq keçid tikilib. Mütəxəssis ekoloqların sözlərinə görə, bu, gölün qurumasının əsas səbəbdir, nəticədə, göl bəzi yerlərdə on kilometrlərlə quruyub və səviyyəsi 6 metr düşüb.

Həmçinin BMT ətraf mühit proqramı 2012-ci il martın 19-da Urmiya gölünün qurmasının ekoloji sonucları barədə xəbərdarlıq edib və bildirib ki, 1995-ci ildən 2011-ci ilə kimi göldə suyun səviyyəsi 7 metr düşüb, kosmosdan çəkilmiş şəkillərə görə isə, gölün səthinin sahəsi 6100 kv. km-dən 2366 kv. km-ə qədər azalıb.



BMT ətraf mühit proqramı Urmiya gölünün taleyinin də Aralın kədərli aqibətinə oxşaya biləcəyi barədə narahatlıq bildirir. Bir neçə on il qabaq Orta Asiyanın bu gölünün quruması bölgədə dəhşətli qum fırtınalarının yaranmasına səbəb olub.

Urmiya gölünün ətrafındakı rayonların sakinlərinin etirazları hələ də güclə yatırılır. Keçən il Təbrizdə, Urmiyada və İran Azərbaycanının başqa şəhərlərində hakimiyyətin gölün quruması probleminə laqeyd qalması ilə bağlı kütləvi etirazlar olub. Amma nümayişlər göz yaşalıcı qazla və rezin güllələrlə dağıdılıb. Yüzlərlə iştirakçı türməyə salınıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar