Ukraynada 43 yaşlı azərbaycanlı qətlə yetirilib
17 Sentyabr 2009 Cümə Axşamı 04:35
Donetsk şəhərində dörd nəfər naməlum şəxs soydaşımıza tapançadan atəş açıb
Ukraynanın Donetsk şəhərində Azərbaycan vətəndaşı qətlə yetirilib. Ukrayna Daxili İşlər Nazirliyinin Donetskdəki Baş İdarəsinin məlumatına görə, dörd nəfər naməlum şəxs 43 yaşlı azərbaycanlıya tapançadan atəş açıb. Soydaşımız hadisə yerində keçinib.
Qatillər göy rəngli avtomobillə hadisə yerindən uzaqlaşıblar. Onların axtarışı üçün milis tərəfindən “Sirena” əməliyyatı hazırlanıb. Qətlə yetirilən azərbaycanlının adı açıqlanmayıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar