Belə ki, son aylara qədər yalnız mətbuat səhifələrində yer alan və rəsmi təsdiqini tapmayan Ukrayna-Ermənistan hərbi əməkdaşlığı artıq reallığa çevrilir. Hətta iki ölkə arasında reallaşacaq hərbi sahədə əməkdaşlığın konkret detaları da açıqlanıb. Belə ki, Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi general-mayor Sergey Qmızın prezident Viktor Yanukoviçə "Ukrspeseksport" və "Di Ci Arms Korporeyşn" QSC (Ermənistan Müdafiə Nazirliyinin vasitəçisi) arasında müqavilə çərçivəsində Ermənistana silah satışı ilə bağlı məktubunun təfərrüfatları məlum olub. Məktubda satışın həyata keçirilməsi üçün Avropa İttifaqı və MDB-də qeydiyyata alınmış saxta firmalardan istifadə olunması təklif edilir. Məktubda Ukraynadan Ermənistana "Smerç" yaylım atəşi sisteminin və 12 ədəd raketinin, həmçinin 50 "İqla" daşınan zenit raket kompleksinin satışının qanunsuz sxemi göstərilir. Məktubda Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin "Ukrspeseksport" və "Di Ci Arms Korporeyşn" QSC (Ermənistan Müdafiə Nazirliyinin vasitəçisi) arasında müqavilədən bu silahların alınması barədə məlumat əldə etməsi, habelə Ermənistanın artıq müqavilənin dəyərinin 50 faizini ödəməsi qeyd edilir. Həmçinin Qmız Azərbaycanın bu müqavilədən xəbər tuta biləcəyi barədə qeyd edir. Azərbaycanla Ukrayna arasında hərbi-texniki və enerji əməkdaşlığını zərbə altında qoymamaq üçün "Ukrspeseksport"a "erməni tərəfi ilə sazişin həyata keçirilməsi faktından açıq şəkildə imtina etmək" təklif edilir. Bununla yanaşı, Ermənistan şirkətinə "öz ətrafında etibarsız təchizatçı" kimi "Ukrspeseksport" rəhbərliyi və Ukrayna tərəfi arasında münasibətlərin kəskin pisləşməsi barədə arbitraja yalandan müraciət etmək təklif edilib. Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi "Smerç" komplektlərinin satışının "Aİ və ya MDB ərazisində qeydiyyatdan keçmiş saxta firmalardan istifadə etməklə" Moldova ərazisində konspirasiya şəraitində həyata keçirilməsi təklif olunur.
Hələlik Azərbaycan tərəfi Ukraynanın işğalçı ölkəyə silah satması ilə bağlı məsələyə ciddi reaksiya verməsə də, yaxın günlərdə hərbi çevrələrdə adekvat addımların götür-qoy ediləcəyi şübhə doğurmur. Elə Ukrayna rəhbərliyini də narahat edən məqamlardan biri budur. Belə ki, bu ölkənin enerji təminatında müəyyən mənada rol oynayan Azərbaycanın adekvat addımları Kiyevi çətin duruma sala bilər.
Süleyman İsmayılbəyl