Ukrayna Azərbaycana döyüş təyyarəsi və tank əleyhinə idarə olunan raket kompleksləri satıb
27 İyul 2012 Cümə 15:43
Azərbaycan son altı ildə Ukraynadan 16 ədəd MiG-29 döyüş təyyarəsi alıb.
Ukrayna hökuməti 2011-ci ildə silah və hərbi texnika satışı üzrə hesabatını açıqlayıb. Bu barədə APA Ukraynanın İxraca nəzarət üzrə Dövlət Xidmətinin saytına istinadən məlumat verib.
Postsovet ölkələri arasında ən böyük silah istehsalçılarından olan Ukrayna 2011-ci ildə 117 ədəd tank, 91 ədəd zirehli nəqliyyat vasitəsi, 5 döyüş və təlim təyyarəsi, 2 helikopter və 12 raket buraxılış qurğusu ixrac edib.
Ukraynanın silah satdığı ölkələr arasında Azərbaycan və Ermənistan da yer alıb. Belə ki, ötən il Ukrayna Azərbaycana 1 ədəd MiG-29UB döyüş təyyarəsi, 6 ədəd tank əleyhinə idarə olunan raket kompleksi, Ermənistana isə 2 ədəd L-39 tipli təlim təyyarəsi satıb.
Qeyd edək ki, bununla da Azərbaycan 2006-cı ildə Ukraynaya sifariş verdiyi 16 ədəd MiG-29 döyüş təyyarəsinin hamısını silahlanmaya qəbul edib.
DOSTLARINLA PAYLAŞ: