UEFA Naxçıvan Muxtar Respublikasını Türkiyə ərazisi kimi göstərib
06 Fevral 2010 Şənbə 17:55
Avropa Futbol Federasiyaları Assosiasiyasının (UEFA) rəsmi saytında Azərbaycanın Naxçıvan Muxtar Respublikası Türkiyə ərazisi kimi göstərilib.
APA-nın xəbərinə görə, bu barədə Türkiyənin “Milliyyət” qəzeti məlumat yayıb.

UEFA-nın veb-səhifəsində yerləşdirilən xəritədə yazılar fransızcadır. Azərbaycanın ayrılmazı tərkib hissəsi olan Naxçıvanın Türkiyə ərazisi kimi göstərilməsinin səbəbi isə məlum deyil.

UEFA-nın bu addımı Türkiyə mətbuatının da təəccübünə səbəb olub. Çünki indiyədək Türkiyə ərazisi yanlışlıqla başqa ölkələrin ərazisi kimi göstərilib. İndi isə başqa bir ölkənin ərazisi Türkiyə ərazisi kimi təqdim olunub. Maraqlıdır ki, bu dəfə Azərbaycan ərazisi “hədəf” seçilib. APA


DOSTLARINLA PAYLAŞ:

oyunlar