Üçrəngli bayrağı qoyub getdilər
27 May 2014 Çərşənbə Axşamı 23:45
96 il əvvəl Tiflisdə imzalanan İstiqlal bəyannaməsi ilə Azərbaycanın tarixində yeni mərhələ başlayır.
ANS TV-nin məlumatına görə, demokratik respublika ənənəsi 70 illik əsarətdən sonra Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadənin dediyi kimi bir kərə yüksələn bayraq bir daha enmədi.

"Süjetimə 96 il əvvəl baş verən çox mühüm hadisədən -Şərqdə ilk dəfə olaraq Azərbaycanda qurulan müstəqil dövlətin tarixindən başlayıram. Amma qısa bir arayışdan sonra bu tarixlə ilgili bu ililn əvvəlində qonşu Türkiyəyə səfərimin tarixinə qayıdacam, çünki bizim öz tariximizdən bixəbər olduğumuz 70 il ərzində Ankaranın mərkəzində Rəsulzadənin də müəyyən dövrdə sədri olduğu Azərbaycan kültür Dərnəyi fəaliyyət göstərib ki, mən bu dərnəkdəkiləri Azərbaycanın müstəqililk tarixinin ən yaxşı biliciləri və davamçıları sırasında görürəm. Onların arasında Rəsulzadəni şəxsən tanıyan Cəmil Ünal da var, barmağına nişan üzüyünü Məmmədəmin bəyin taxmasından hələ də məmnunluqla danışan Sabiha xanım da".

Onlar Azərbaycanı Rəsulzadənin qurduğu dövlətə görə tanıyıblar. Onda biz bu adamları yaşadığımız sovet cəmiyyətinin bizə təlqin etdiyi kimi tanıyırdıq. Yəni, düşmən kimi. Çünki tariximizi bilmirdik. Beləliklə, bizim şərəfli tariximiz 1918 - ci ilin mayin 28-də Tiflisdə Qafqaz Canişininin binasında Məhəmməd Əmin Rəsulzadənin sədri olduğu Azərbaycan Milli Şurasının müstəqillik bəyannaməsini elan etməsilə başlayır. Bu tarixi gün Şərqdə ilk dəfə olaraq Azərbaycanda demokratik cümhuriyət qurulur. 10 gündən sonra Milli Şura Gəncəyə köçürülür. Növbəti dayanacaq Bakı olmalı idi, amma Bakıya köçmək üçün ilk əvvəl şəhəri bolşevik daşnak dəstələrdən azad etmək lazım gəlirdi. Bu işdə Milli Ordunun köməyinə Nuru Paşanın başçılıqq etdiyi Qafqaz İslam Ordusunun hissələri gəlir. Bir neçə ay davam edən ağır döyüşlərdən sonra bolşevik-daşnak dəstələrindən azad olunan Bakı milli hökumətin mərkəzi olur. 1918-ci ilin sonu Azərbaycan parlamentinə seçkilər keçirilir və ölkəmiz parlamentli respublika elan edilir.

1920-ci ilin əvvəli Qərbin böyük dövlətləri Parisdə Versal sülh konfransında Azərbaycan cümhuriyyətinin müstəqilliyini rəsmən tanıyır, amma əlbəttə bu uğuru tanımaq istəməyənər də var idi. 1920-ci il aprelin 27-də bolşevik Rusiyasının 11-ci qızıl ordusu Bakıya daxil olur və hakimiyyətin təhvil verilməsi ilə bağlı ultimatum göndərir. Beləcə, 23 ay ömrü olan gənc müstəqil dövlətimiz dağılır və biz sovet hakimiyyətinin 70 ililk əsarətini öz xoşbəxtliyimiz kimi qəbul edir və tariximizdən bixəbər yaşayırıq. Ta ki, 1991-ci il Azərbaycan yenidən öz müstəqililyinə qovuşana qədər. Məhz o illərdə biz bildik ki, "qaradan başqa rəng yoxdur" məsəli artıq keçmir. Bizim üçrəngli bayrağımız olub və olacaq.

Azərbaycan Kültür Dərnəyinin başqanı Cəmil Ünal deyir ki, Rəsulzadə şəxsiyyətinə eyni heyranlığı Sabiha Kəngərlidən də eşitmişidm.

M.Ə. Rəsulzadənin ailə dostu Sabiha Kəngərli bildirir ki, elə dövlət qurmaq da bu xüsusiyyətlərə malik olan şəxsiyyətlərin hünəridir. O şəxsiyyətlər sırasında Əlimərdan bəy Topçubaşov, Əhməd bəy Ağayev, Nəsib bəy Yusifbəyli, Fətəli xan Xoyski və başqaları da var. Onlar Cəmil Ünalın təbirincə desək, bizə üzqızardacaq hərəkət qoyub getmədilər. Qoyduqları müstəqil dövlət, bir də üçrəngli bayrağımızdır.


DOSTLARINLA PAYLAŞ:

oyunlar