Üç ölkənin hərbi attaşesi Azərbaycana gələcək
28 Fevral 2011 Bazar Ertəsi 10:31
Hər üç səfər mart ayına nəzərdə tutulub.
Gələn ay 3 Avropa ölkəsinin hərbi attaşesinin Azərbaycana səfəri nəzərdə tutulub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, ilk olaraq Avstriya hərbi attaşesinin Bakıya səfəri olacaq. Məlumata görə, səfər 07-10 mart tarixlərini əhatə edəcək. Daha sonra Almaniya Federativ Respublikasının hərbi attaşesi 08-09 mart tarixlərində Azərbaycanda səfərdə olacaq. Həmçinin elə həmin tarixlərdə İtaliyanın hərbi attaşesinin də Bakıya səfəri nəzərdə tutulub. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: