Tutulan erməni Beynəlxalq təşkilatın diqqətində
08 Avqust 2014 Cümə 10:09
Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) Azərbaycan ərazisində tutulan Ermənistan vətəndaşı ilə bağlı bütün məlumatları diqqətlə izləyir.
ANS PRESS-in məlumatına görə, bu barədə təşkilatın erməni nüayəndələrinin kommunikasiya proqramı üzrə koordinatoru Zara Amatuni jurnalistinlərin sualına cavab verərkən deyib.
O bildirib ki, "Tərəflər və ya tərəflərdən birinin rəsmi orqanlarından təsdiq aldıqdan sonra, BQXK öz mandatına uyğun olaraq, neytral vasitəçi kimi işə başlayacaq".
Xatırladaq ki, Müdafiə Nazirliyindən ANS PRESS-ə verilən məlumata görə, bu gün saat 13.30 radələrində Tovuz rayonunun ərazisində ermənilərin kəşfiyyat-diversiya qrupu qoşunların təmas xəttini keçməyə cəhd göstərib.
Müdafiənin ön xəttində yerləşən bölmələrimizin sayıqlığı nəticəsində düşmənin bu cəhdinin qarşısı alınıb. Aşkar olunan qrup yaxın məsafəyə buraxıldıqdan sonra dəstənin zərərsizləşdirilməsi istiqamətində tədbirlərə başlanıb. İtkilər verərək geri çəkilən təxribat-diversiya qrupunun 4 üzvü məhv edilib, daha bir üzvü Berd rayonun Çinari kənd sakini 1989-ci il təvəllüdlü Karen Petrosyan isə əsgərlərimiz tərfindən tutulub.
DOSTLARINLA PAYLAŞ: