Turqut Özalla bağlı yeni iddia
08 Dekabr 2012 Şənbə 12:32
Mərhum prezidentin nəşində tapılan zəhərli maddələr onu zəhərləyəcək miqdarda olmayıb.
Zəhərləndiyi iddia edilən Türkiyənin 8-ci prezidenti Turqut Özalın ekhumasiyası ilə bağlı yeni iddialar yayılıb. ANS PRESS-in Türkiyə mətbuatına istinadla verdiyi məlumata görə, Özalın nəşində tapılan 4 zəhərli maddənin onu zəhərləyəcək miqdarda olmadığı iddia edilib.

Məlumata görə, tibbi ekspertizanın hesabatında bu maddələrin onun orqanizmində illər ərzində müxtəlif meyvə tərəvəzlərdə istifadə edilən gübrələrlə qəbul edilərək toplana biləcəyi və ya
nəşdəki reaktiv maddələrin Özalın ölümündən sonra ətraf mühitin şərtləri ilə bağlı olaraq yer altı sularla məzara sıza biləcəyi idiia edilib.

Ekshumasiyanın nətticəsi gələn həftə prokurorluğa göndəriləcək.


DOSTLARINLA PAYLAŞ:

oyunlar