Turqut Özal öldürüldü, qatili Azerbaycandadır
19 Aprel 2013 Cümə 16:30
Türkiyənin səkkizinci prezidenti ölümü ilə bağlı onu xanımı Səmra Özalın istintaqa şok açıqlama verib.
Türkiyənin səkkizinci prezidenti Turqut Özalın ölümü ilə bağlı onu xanımı Səmra Özalın istintaqa verdiyi ifadə mediaya məlum olub. ANS PRESS-in Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, S. Özal Qartal Demirağ tərəfindən təşkil olunan sui-qəsd və həyat yoldaşının son gecəsi ilə bağlı açıqlamalar verib.

O vəkilə onda olan “şübhəli” məlumatları bildirib. S. Özal ifadəsində deyib ki, T. Özal qatilin adını da bildirib və yazıb ki, T. Özal ölməyib, öldürülüb.

Onun sözlərinə görə, 15 il əvvəl naməlum bir şəxsdən məktub alıb, bu məktubda T. Özalın öldürüldüyü bildirilib və qatilin adı yazılıb: “Həyat yoldaşım vəfat etdikdən sonra İstanbulda yaşadığım evə bir nəfər gəlib və qapıdakı mühafizəçilərə Səmra xanımla mütləq görüşmək istədiyini söyləyib. Mən həmin an evdə olmamışam. Mühafizəçilər evdə olmadığımı dedikdə həmin şəxs onlara bir kağız verib. Kağızda aşağıdakı sözlər yazılmışdı: “Turqut Özalı öldürüblər. Qatil Azərbaycandadır. Adı Həsən Əlioğludur””.

Səmra Özal bu kağızı oxuduqdan sonra dərhal hərəkətə keçdiyini, lakin Həsən Əlioğlu adında adamın izinə düşə bilmədiyini bildirib.

Səmra Özal mərhum prezidentin ölüm anını da müstəntiqə danışıb. O, T. Özalın qəflətən yerə yıxıldığını və ağzından ağ rəngli bir mayenin axdığını deyib. T. Özal xəstəxanaya çatdırılsa da, orada vəfat edib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar