Oktyabrın 16-17-də Bakıda TÜRKSOY təşkilatına üzv ölkələrin mədəniyyət nazirləri Daimi Şurasının 26-cı iclası keçiriləcək. Bu barədə məlumat təşkilatın Ankaradakı baş ofisindən verilib.
Hazırda iclasın gündəliyinə daxil ediləcək məsələlər üzərində iş aparılır.
Xatırladaq ki, indi TÜRKSOY-un mədəniyyət nazirləri Daimi Şurasının əlaqələndiricisi Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayevdir. TÜRKSOY Mədəniyyət Nazirləri Daimi Şurasının 25-ci iclası ötən ilin oktyabrında Qırğızıstanın paytaxtı Bişkekdə keçirilib./AzərTAc/