TÜRKSOY ABŞ-da Novruz şənlikləri təşkil edəcək
06 Mart 2011 Bazar 06:11
TÜRKSOY ABŞ-da Novruz şənlikləri təşkil edəcək. Tədbirlər Nyu-York, Vaşinqton və Boston şəhərlərində keçiriləcək.
Bu il TÜRKSOY Amerika Birləşmiş Ştatlarında Türk dünyasının əziz bayramı olan Novruz şənlikləri keçirəcək. Qurumun Ankaradakı baş ofisindən bildiriblər ki, Novruz şənlikləri martın 24-də Nyu-Yorkda - BMT-nin baş qərargahında və Vaşinqtonda təşkil olunacaq. Bu tədbirlər çərçivəsində mətbuat konfransı, konsert və ziyafət təşkil ediləcək.

Martın 25-də isə Boston şəhərində Harvard və Vaşinqtonda Con Hopkins universitetləri ilə birlikdə Novruz bayramının tarixinə həsr olunmuş konfranslar keçiriləcək.

Novruz şənlikləri Vaşinqtonda Linkoln Teatrı və Nyu-Yorkun mərkəzi meydanında veriləcək konsertlə başa çatacaq. Bu konsertlərdə türkdilli ölkələrin, o cümlədən Azərbaycanın incəsənət ustaları iştirak edəcəklər.

Xatırladaq ki, TÜRKSOY YUNESKO-nun Parisdəki qərargahı və Strasburqda da Novruz şənlikləri təşkil edib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar