Türkmənistanın Azərbaycandakı səfiri vəfat edib
13 Noyabr 2010 Şənbə 11:45
Annaməmməd Məmmədov Almaniyada dünyasını dəyişib.
Türkmənistanın Azərbaycandakı səfiri Annaməmməd Məmmədov vəfat edib. Bu barədə APA-ya səfirin xanımı Bibisara Məmmədova məlumat verib.

B. Məmmədovanın sözlərinə görə, A. Məmmədov bir il öncə qara ciyərində olan problemə görə İstanbulda əməliyyat olunub. Əməliyyatdan sonra o, Bakıda vaxtaşırı müayinədən keçirmiş. Son günlər səhhətində yaranmış problemlərə görə o, müalicə olunmaq üçün Almaniyaya aparılıb. Alman həkimlər diplomatın böyrəklərində ciddi problemin olduğunu aşkar ediblər. Ölümünə səbəb də böyrəklərin fəaliyyətinin dayanması olub.

Qeyd edək ki, A. Məmmədov 1970-ci ildə anadan olub. Bir oğlu, bir qızı qalıb.

A. Məmmədov Azərbaycan jurnalistlərinin böyük hörmətini qazanmış səfir idi. Onun evi jurnalistlər üçün hər zaman açıq olub.

A. Məmmədovun cənazəsi bu gün Almaniyadan Aşqabada aparılacaq.

Allah rəhmət eləsin! ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar