Türkmənistana ünvanlanan notanın təfərrüatları məlum olub
22 İyun 2012 Cümə 21:53
“Kəpəz” yatağında georfiziki işlərin aparılmasına Türkmənistan prezidentinin İrana səfəri zamanı cəhd edilib
Bir neçə gün əvvəl Azərbaycanın Türkmənistana ünvanladığı notanın bəzi təfərrüatları məlum olub.
Məsələ ilə bağlı açıqlama verən Azərbaycan Dövlət Neft Şirkətinin İqtisadi məsələlər üzrə vitse-prezidenti Süleyman Qasımov bildirib ki, Xəzərin sektorlara bölünməsi ilə bağlı Azərbaycanın Rusiya və Qazaxıstanla müqavilələri olsa da, indiyədək İran və Türkmənistan arasında razılaşma əldə olunmayıb. Buna görə də orta xəttə düşən “Kəpəz” yatağı mübahisəli sayılır və indiyədək istismar olunmur.

S.Qasımov bildirib ki, Azərbaycan tərəfi indiyədək bu yatağın birgə işlənməsi ilə bağlı təkliflər irəli sürsə də, bölgü tam başa çatmayanadək bu məsələ açıq qalıb. Neft şirkətinin nümayəndəsi bəyan edib ki, Türkmənistanın həmin yataqda Türkmənistan prezidentinin İran səfəri zamanı işə başlamağa cəhd etməsi təəssüf doğurur.

O, Azərbaycan Xarici İşlər Nazirliyinin mövqeyini təkrarlayaraq, Türkmənistan tərəfinin cəhdini Azərbaycan sərhədlərinin pozulması, ölkə ərazisində işlərin aparılması kimi qiymətləndirdiyini bildirib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar