Türkmənistan Xəzərin statusu məsələsinin sivil yolla həllinə tərəfdardır
08 Yanvar 2010 Cümə 14:00
Bu barədə səfir Annaməmməd Məmmədov mətbuat konfransında bildirib
Türkmənistan Xəzərin statusu məsələsinin sivil yolla həllinə tərəfdardır, lakin arbitraj məhkəməsinə müraciət etmək hüququnu özündə saxlayır

Xəzər üzrə milli sektorların müəyyən edilməsilə bağlı Türkmənistanın mövqeyi belədir ki, əgər bu məsələ varsa, o, beynəlxalq hüquq çərçivəsində sivil yolla həll olunmalıdır. Bu barədə Türkmənistanın Bakıdakı səfiri Annaməmməd Məmmədov mətbuat konfransında bildirib.

“İki ölkə hökuməti Xəzəri ayrıca məsələ kimi götürüblər, odur ki, bu, bizim qardaş münasibətlərimizə təsir göstərməyəcək”,-deyə A.Məmmədov cümə günü jurnalistlərə məlumat verib.

O qeyd edib ki, Türkmənistan beynəlxalq hüquq subyekti kimi beynəlxalq məhkəməyə (arbitraj) müraciət edə bilər. Lakin hələlik belə məsələ yoxdur, yalnız məsələyə baxılması barədə hökumətin göstərişi olub.

Səfir həmçinin qeyd edib ki, iki ölkə arasında mədəniyyət, turizm və digər sahələrdə əməkdaşlıq haqqında sənədlər imzalanmaq üçün hazırlanır. O deyib ki, həmin sənədlər bu il Bakıda keçirləcək Azərbaycan-Türkmənistan hökumətlərarası komissiyanın iclasına kimi hazır olacaq. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar