Türkmənistan prezidentinin Bakıya səfəri başlayır
18 Noyabr 2010 Cümə Axşamı 01:15
Türkmənistan prezidenti Qurbanqulu Berdımuhamedov Xəzər sammiti çərçivəsində ikitərəfli görüşlər də keçirəcək.
Türkmənistan prezidenti Qurbanqulu Berdıbuzamedov Xəzəryanı ölkələrin dövlət başçılarının sammitində iştirak etmək üçün bu gün Azərbaycana gələcək. Bu barədə məlumatı Türkmənistanın Xarici İşlər Nazirliyi yayıb. Məlumatda deyilir ki, zirvə toplantısı çərçivəsində Xəzərin hüquqi statusunun işlənməsi, regional əməkdaşlığın inkişafı da daxil olmaqla aktual məsələlərin müzakirəsi gözlənilir. Türkmənistan prezidenti Bakıda bir sıra ikitərəfli görüşlər də keçirədək.
Türkmənistan və Azərbaycan arasında üç neft yatağı ətrafında mübahisə Xəzərin hüquqi statusu ilə bağlı yekun sənədin hazırlanması üçün ən böyük əngəllərdən biridir. Qurbanqulu Berdımuhamedov 2009-cu ilin iyulunda bəyan edib ki, Türkmənistan məsələni Beynəlxaoq Arbitraj Məhkəməsində həll etməyə hazırdır. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: