Türklərin 47 faizi İlham Əliyevə etibar edir
30 İyun 2009 Çərşənbə Axşamı 15:40
Dünya əhalisinin ən çox etibar etdiyi lider isə Barak Obamadır

 

Worldopinion.org adlı araşdırma təşkilatı Maryland Universiteti ilə birlikdə 20 ölkənin yerli idarəetmə orqanları ilə birlikdə dünyada ən çox «etibar edilən» liderlərin adlarını açıqlayıb.

Bu siyahıya görə, ilk yerdə ABŞ dövlət başçısı Barak Obama durub. Sorğuda iştirak edənlərin 61 faizi Obamaya etibar etdiyini bildirib. Azərbaycandan soruğda iştirak edənlərin 76 faizi Ağ ev rəhbərinə güvəndiyini bildirib. Obamanı 40 faiz səslə BMT baş katibi Ban ki Mun və Almaniya kansleri Angela Merkel izləyib.

İran prezidenti Mahmud Əhmədinejata isə rəyi soruşulanların cəmi 28 faizi etibar edir. O siyahıda 8-ci pillədədir. Ağ ev rəhbərinə ən az güvənən ölkələr arasında isə Türkiyə, Misir və Fələstin durur.

Türkiyədə Arı Vəqfi və «İnfakto» araşdırmalar mərkəzinin keçirdiyi sorğuda Obama 45 faiz səslə «güvən» qazanıb. Burada dünya liderləri siyahısında ikinci yerdə İran prezidenti Mahmud Əhmədinejat durub. Ona əhalinin 33 faizi «etibar» edib. Regional liderlər sorğusunda isə Türkiyədə rəyi soruşulan 1000 nəfərdən 57 faizi Ərdoğana «etibar» etdiyini bildirib. Sıralamanı 47 faizlə Azərbaycan prezidenti İlham Əliyev və 28 faizlə Mahmud Abbas davam edib.

Sorğuda Almaniya kansleri Angela Merkel 13, İngiltərə baş naziri Qordon Braun 9, Fransa prezidenti isə 7 faiz səs qazanıb. Qeyd edək ki, sorğuda ABŞ, İndoneziya, Nigeriya, Pakistan, Rusiya, Meksika, İngiltərə, Fransa, Polşa, Azərbaycan, Çin, Hindistan, Keniya, Misir, Türkiyə, Fələstin, Cənubi Koreya, Honq-Konq və Tayvanda keçirilib.

Xatırladaq ki, ötən il keçirilən sorğuda ABŞ prezidenti Corc Buş ən az inanılan liderlər arasında yer almışdı. /ANS PRESS/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar