Türklər Nyu-Yorkda mitinq keçiriblər
25 Aprel 2010 Bazar 03:25
Ronald Reyqanın keçmiş müşaviri: “Ermənilər Osmanlı Türkiyəsinə xəyanət ediblər”.
ABŞ-ın Nyu-York şəhərində “Erməni yalanlarına son” mitinqi keçirilib. “Gənc Türklər Dərnəyi” tərəfində Times meydaında keçirilən mitinq zamanı meydanda qurulmuş böyük ekranlarda ASALA erməni terror təşkilatı ilə bağlı sənədli film nümayiş etdirilib.

Mitinqdə çıxış edən Amerika türklərinin nümayəndələri 1915-ci il hadisələri ilə bağlı erməni iddialarının böyük bir yalan olduğunu bəyan ediblər və bildiriblər ki, ermənilər bu yalanlarla ABŞ-ın siyasətin təsir göstərməyə çalışırlar. Nyu-York və Nyu-Cersidə yaşayan türk, azərbaycanlı, kiprlilərin Türkiyə və Azərbaycan bayraqları ilə qatıldığı mitinqdə amerikalı çıxışçılar da 1915-ci il hadisələri ilə bağlı iddiaların yalan olduğunu deyiblər.

ABŞ-ın keçmiş prezidenti Ronald Reyqanın hüquq məsələləri üzrə müşaviri işləmiş Bryus Feyn erməni iddialarının tamamilə yalan olduğunu və “soyqırımı” ilə bağlı qərar layihələrinin ABŞ Konqresində gündəmə gətirilməsinin daxili siyasi maraqlardan irəli gəldiyini bildirib. Tarixin parlamentlərin yox, tarixçilərin işi olduğunu deyən Bryus Feyn Osmanlı Türkiyəsində milli azlıqlara qarşı son dərəcə anlyaş göstərildiyini, xüsusilə ermənilərin həmin dövrdə yüksək vəzifələr tutluğunu xatırladıb. O, Ermənistanın arxivləri açmaqdan imtina etməsinə də münasibət bildirib: “Niyə ermənilər arxivləri gizli saxlayır? Əgər sübutları varsa, niyə Beynəlxalq Ədalət Məhkəməsinə getmək istəmirlər? Çünki arxivlərindən özlərinin müstəqillik qazanmaq üçün Osmanlıya xəyanət etdikləri, müsəlman türkləri öldürdükləri, terrora əl atdıqları çıxacaq”.

Təxminən 3,5 saat davam edən mitinqdə ASALA terror təşkilatı tərəfindən qətlə yetirilmiş türkiyəli diplomatların xatirəsi də anılıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar