Türklər İsveçdə etiraz aksiyası keçirəcək
20 Mart 2010 Şənbə 22:15
Türklər İsveçdə etiraz aksiyası keçirəcək. Aksiya qondarma erməni soyqırımı layihəsinə etiraz olaraq keçiriləcək.
İsveçrədə yaşayan türklər sabah paytaxt Stokholmda etiraz aksiyası keçirməyi planlaşdırır. Aksiyanın keçirilməsinə səbəb İsveç parlamentində qondarma erməni soyqırımının tanınmasına dair qətnamə layihəsinin qəbul olunmasıdır.

Qeyd edək ki, Stokholmun Sergel Torg meydanında keçiriləcək aksiyanın iki saat davam edəcəyi bildirilir. Nümayiş İsveçdəki Türk Federasiyası və dərnəkləri tərəfindən təşkil olunub. İsveç Türk İşçi Dərnəkləri Federasiyasının rəhbəri Hasan Dölek bildirib ki, sabah keçiriləcək mitinq üçün icazə alınıb və lazımı tədbirlər görülüb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar