Türkiyəyə getmək üçün viza tələb olunmayacaq
24 Dekabr 2009 Cümə Axşamı 22:55
Sabah Ankarada Türkiyə ilə Azərbaycan arasında viza rejiminin ləğvinə dair protokol imzalanacaq
Türkiyə ilə Azərbaycan arasında viza rejimi ləvğ ediləcək. Bundan sonra hər iki ölkənin vətəndaşlarının gediş-gəlişi asanlaşacaq. Müvafiq protokol sabah Türkiyənin paytaxtı Ankarada imzalanacaq. Sənədi Azərbaycan tərəfindən xarici işlər naziri Elmar Məmmədyarov, Türkiyə tərəfindən isə ölkənin xarici siyasət idarəsinin rəhbəri Əhməd Davuoğlu imzalayacaq.
Xatırladaq ki, Azərbaycan Türkiyə vətəndaşlarından viza tələb etməyən 56-cı ölkə olacaq. Türkiyə vətəndaşları Gürcüstan, Suriya, Liviya, İordaniya, Qazaxıstan, Qırğızıstan, Venesuela, Sinqapur və digər ölkələrə vizasız gedib-gəlir. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: