Türkiyənin tanınmış modeli eşşək ferması qurur
01 May 2012 Çərşənbə Axşamı 05:45
Özdilli xərçəng olan atasına müalicə üçün eşşək südü axtarıb və tapa bilməyib.
Türkiyənin tanınmış modeli Gizem Özdilli eşşək ferması açmağa qərar verib. Özdillinin belə bir qərar qəbul etməsinin səbəbi 4 il əvvəl xərçəng xəstəliyindən vəfat edən atasına müalicə üçün eşşək südü axtarması və tapa bilməməsi olub. Fermanı qurmaq üçün İstanbulda və Ankarada yer axtaran model açacağı fermada istehsal etdiyi südü satacaq. Müasir tibbin eşşək südünün faydalarını sübuta yetirdiyini deyən Gizem Özdilli bunun həm xəstələrə çarə olacağını, həm də qazanc əldə edəcəyini bildirib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar