Türkiyənin nüfuzlu qəzetindən azərbaycanlı gənclərə böyük diqqət
07 Yanvar 2013 Bazar Ertəsi 00:32
Azeri gençlerden kardeşlik hamlesi.
Türkiyənin ən nüfuzlu qəzetlərindən biri olan “İhlas Holdinq”ə(İHA) aid “Türkiyə” qəzeti İstanbulda səfərdə olan “İslahatçı Gənclər” İctimai Birliyinin sədri Fərid Şahbazlı, baş katibi Hacıbəy Heydərli və mətbuat katibi Əfsələddin Ağalarov haqqında geniş məqalə hazırlayıb.

500 mindən çox nüsxə ilə nəşr olunan qəzetdə yayımlanan məqaləyə “Azeri gençlerden kardeşlik hamlesi” başlığı, “Baküden dünyaya gençlik diplomasisi” yarımbaşlığı qoyulub. Yazıda “İslahatçı Gənclər” İctimai Birliyinin fəaliyyətindən söz açılır. İctimai Birliyin sədri Fərid Şahbazlı əsas məqsədlərinin bütün dünya gənclərini Dağlıq Qarabağ münaqişəsi barədə məlumatlandırmaq olduğunu və bu məsələdə qardaş türk mediasından dəstək gözlədiklərini bildirib. Yazıda “İslahatçı Gənclər”ə istinadən vurğulanır ki, Azərbaycanda dövlət tərəfindən olduqca uğurlu gənclər siyasəti reallaşdırılır və artıq ölkənin bütün idarəçiliyindən gənclər yaxından iştirak edir.

Qeyd edək ki, hazırda İstanbulda səfərdə olan “İslahatçı Gənclər” İctimai Birliyinin rəhbərliyi Türkiyənin çox nüfuzlu media qruplarından sayılan “İhlas Holdinq”də olaraq, holdinqə daxil “Türkiyə” qəzeti, “İhlas” Haber Ajasınvə “TGRT Haber”in rəhbərliyi ilə görüşüblər.


DOSTLARINLA PAYLAŞ:

oyunlar