Türkiyənin müdafiə naziri Vecdi Könül bu gün Azərbaycana gəlir
02 Noyabr 2010 Çərşənbə Axşamı 01:00
Vecdi Könül noyabrın 4-nədək Bakıda bir sıra görüşlər keçirəcək.
Türkiyənin müdafiə naziri Vecdi Könül bu gün Azərbaycana səfərə gəlir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, səfər noyabrın 4-dək davam edəcək. Türkiyəli nazirin rəhbərlik edəcəyi nümayəndə heyəti səfər çərçivəsində Azərbaycan prezidenti İlham Əliyev, baş nazir Artur Rasizadə, müdafiə naziri general-polkovnik Səfər Əbiyev və müdafiə sənayesi naziri Yavər Camalovla görüşlər keçirəcək. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar