Türkiyənin 2023-cü ilə qədər qazla bağlı çətinliyi qalmaya bilər
16 May 2010 Bazar 11:15
Türkiyənin enerji və təbii ehtiyatlar naziri Taner Yıldız Türkiyə ilə Azərbaycan arasında qaz sazişi imzalanarsa belə olacağını deyib.
“Əgər gələn həftə Bakıda Türkiyə ilə Azərbaycan arasında qaz sazişi imzalanarsa,Türkiyənin 2023-cü ilə qədər çətinliyi qalmayacaq”. Bu barədə Türkiyənin enerji və təbii ehtiyatlar naziri Taner Yıldız məlumat verib. Onun sözlərinə görə, bu saziş bazar ertəsi və ya çərşənbə axşamı Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın Bakıya səfəri zamanı reallaşa bilər.
Taner Yıldız həmçinin Türkiyə, Azərbaycan, İtaliya və Yunanıstanın təbii qazın ixracı və nəqli ilə bağlı birgə sammitinin planlaşdırıldığını deyib.
“2016-cı il və sonrakı dövrlərdə təbii qaz əlaqələrimizi canlandıran yeni “Şahdəniz 2” layihəsi qaz əldə etməklə bağlı bir layihədir. Nə qədər boru xətti çox keçsə vətəndaşımızın o qədər daha çox üstünlüyü olacaq. Qlobal böhrandan sonra dünyada, xüsusilə həm ölkələrin, həm istehlakçıların qaz istifadə vərdişlərində dəyişikliklər olub. Təbii qazın qiymətini isə istehlakçı ölkələrdəki qiymət müəyyən edəcək. Bildiyiniz kimi, ölkəmiz qazın 95 faizini idxal edir. İdxalla əlaqəli mövzularda həm Rusiya ilə, həm də Azərbaycanla birlikdə etdiyimiz razılaşmalar təbii ki müsbət istiqamətdə təsir edəcək” ANSPRESS
DOSTLARINLA PAYLAŞ: