Türkiyəli millət vəkilindən 31 Mart açıqlaması
31 Mart 2013 Bazar 13:40
Necdet Ünüvar: "Bu laqeyid münasibət bizi narahat edir".
Türkiyə Parlamentlərarası Dostluq Qrupunun sədri Necdet Ünüvar 31 Mart gününün bütün Türk dünyasında unudulmayacaq bir tarix olacağını, 1918 ildə minlərlə Azərbaycan -türklərinin ermənilər tərəfindən xüsusi amansızlıqla qətl edilmələrinin sözün əsl mənasında soyqırım olduğunu vurgulayıb.

31 Mart tarixi təqvimdə hüzün günü olduğunu söyləyən Ünüvarın mesajinda belə deyilir: "95 il bundan əvvəl 31 Mart günü Azərbaycan Türklərinə qarşı soyqırım həyata keçirilib".
"Azərbaycan xalqi bir əsrdir ki, soyqırıma məruz qalmışdır, soyqırımı sübut edəcək sənədlərin, fotoşəkillərin olmasına baxmayaraq dünya ölkələri hələ də bu faciəyə səssiz qalmaqda davam edirlər və bu laqeyid münasibət bizi narahat edir

24 Aprel tarixini sözdə soyqırım iddialari ilə bütün dünya ictimaətinə sübut etdirməyə çalışanlar, öz tarixlərindəki Azərbaycanlı qardaslarımıza qarşı sistematik şəkildə qətliamları ört basdır edərək unutdurmağa çalışsalarda xalq ve tarix bunu unutmayacaq”.


DOSTLARINLA PAYLAŞ:

oyunlar