Türkiyəli jurnalistlər Azərbaycana gələcək
21 Yanvar 2010 Cümə Axşamı 22:55
Səfər çərçivəsində qonaqlar Qubadakı kütləvi məzarlığa baş çəkəcək
Türkiyə Jurnalistlər Birliyi sədrinin müavini, Alanya Qəzetçilər Cəmiyyətinin sədri Məhmət Əli Dimin başçılığı ilə bir qrup jurnalist yanvarın 30-da Azərbaycana gələcək. Azərbaycan Parlament Jurnalistlər Birliyinin (PJB) təşkilatçılığı ilə reallaşacaq səfərin məqsədi PJB-nin beynəlxalq əlaqələrini genişləndirmək, eləcə də xarici ölkə jurnalistlərinin vasitəsilə Azərbaycan həqiqətlərini dünyaya çatdırmaqdır.

Birliyin sədri Elşad Eyvazlı bildirib ki, erməni vandalizmi ilə bağlı Alanya Qəzetçilər Cəmiyyətinin köməyi ilə ötən ilin ortalarında Türkiyədə bukletlər çap edilərək qardaş ölkənin bir çox bölgələrində xarici turistlər arasında yayılıb.

Səfər çərçivəsində türkiyəli jurnalistlər azərbaycanlı həmkarları ilə görüşəcək, Qubadakı kütləvi məzarlığa baş çəkəcəklər. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar