Türkiyədə Qarabağ problemi müzakirə edilib
12 Mart 2011 Şənbə 23:05
Azərbaycanla Türkiyə arasındakı Strateji Əməkdaşlıq Şurasının iclasının keçirməsi üçün son hazırlıq işləri gedir.
Azərbaycan prezidenti İlham Əliyev və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın ötən ilin sentyabrında imzaladığı strateji əməkdaşlıq haqqında sənədin davamı olaraq nəzərdə tutulan iclas yaxın zamanlarda baş tutacaq. Bu məqsədlə Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov qardaş ölkədə səfərdədir.
Azərbaycanla Türkiyə arasındakı Strateji Əməkdaşlıq Şurasının iclasının keçirməsi üçün son hazırlıq işləri gedir. Türkiyədə səfərdə olan Araz Əzimov bildirib ki, iclasın keçirilməsi hər iki ölkənin liderlərinin qərarından asılı olacaq.
Onun sözlərinə görə, ilk öncə gündəlik hazırlanacaq: “Daha sonra xarici işlər nazirləri səviyyəsində görüş keçiriləcək. Bu görüş aprel ayında nəzərdə tutulur. Sonra isə prezidentimiz və Türkiyənin Baş nazirinin razılığı ilə şurasnın iclası təyin olunacaq. Şurada təhlükəsizlik məsələri müzakirə olunacaq”.
Türkiyəyə səfəri çərçivəsində Araz Əzimov Türkiyə və Azərbaycanı maraqlandıran bir sıra məsələri, eləcə də Cənubi Qafqazdakı münaqişələri, Dağlıq Qarabağ münaqişəsi, Ermənistanla münasibətlər, regional məsələlər, Avropada təhlükəsizlik məsələrini müzakirə etdiklərini deyib. Ankaraya səfəri zamanı A, Əzimov Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu və nazir müvinləri, eləcə də baş qərərgah rəisi İşık Koşenerlə də görüşüb. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: