Türkiyədə qalan sərnişinlər üçün əlavə təyyarə göndəriləcək
12 Avqust 2010 Cümə Axşamı 16:25
Azərbaycanın İstanbuldakı baş konsulu bu barədə məlumat verib.
Bakı-İstanbul aviareysini yerinə yetirərkən qəzaya uğrayan ”Airbus 319” tipli təyyarə ilə Bakıya qayıtmalı olan sərnişinlər ücün Azərbaycandan əlavə təyyarə göndəriləcək. Bu barədə ANS TV-yə müsahibəsində Azərbaycanın İstanbuldakı baş konsulu Həsən Zeynalovməlumat verib.
Onun sözlərinə görə, onlar artıq hava limanında olublar: “Saat 10:50-də Azərbaycan Hava Yolarının təyyarəsi yoldan çıxıb. Amma xəsarət alan olmayıb, onlar evakuasyia olunublar. Bu gün sadəcə olaraq onları geri aparacaq reys gələcək”.
Qeyd edək ki, bu gün Azərbaycan Hava Yolları (AzAL) Səhimdar Cəmiyyətinə məxsus ”Airbus 319” tipli təyyarəsi Bakı-İstanbul 075 aviareysini yerinə yetirərkən saat 12:55-də Atatürk Hava Limanında yerə enib, daha sonra dönmə əməliyyatını həyata kecirərkən qəza baş verib. “AZAL”ın xidmət rəisi Məhərrəm Səfərli ANS TV-yə bildirib ki, hadisə 10:06-da Bakıdan İstanbula istiqamət götürmüş təyyarınınin qabaq şassisində yaranmış nasazlıq üzündən baş verib.
Onun sözlərinə görə, təyyarənin göyərtəsində 119 sərnişin olub və onların arasında xəsarət alan yoxdur. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: