Türkiyədə Naxçıvan sazişindən danışılıb
04 Aprel 2010 Bazar 18:25
TBMM-də Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılmasına həsr olunmuş simpozium keçirilib.
Türkiyə Böyük Millət Məclisində Altay Mədəniyyət, Təhsil və Sənət Vəqfinin təşkilatçılığı ilə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılması haqqında Naxçıvan sazişinə həsr olunmuş simpozium keçirilib. Türkiyənin dövlət naziri Faruk Çəlik bildirib ki, türk cümhuriyyətlərinin müstəqilliyinin ilk illərində meydana gələn “Naxçıvan ruhu” keçən il Naxçıvan sazişi ilə rəsmiləşib. Bu sazişə əsasən yaradılacaq strukturlar türk dünyası daxilində daha yaxın əlaqələr qurulmasına şərait yaradacaq. "Naxçıvanın seçilməsi də son dərəcə məntiqlidir. Çünki, Azərbaycanın bu diyarı türk dünyasının tək sərhəd qapısıdır", - deyə Çəlik vurğulayıb.

Millət vəkili Vahid Ərdəm də Naxçıvan sazişinin türkdilli ölkələrin əməkdaşlığnda yeni və mütərəqqi addım olduğunu söyləyib: "Arzu edirik ki, bu sənədlə başlayan yaxınlaşma gələcəkdə “yeddi dövlət, bir millət” yaranmasına səbəb olsun".

TÜRKSOY-un baş katibi Düsen Kaseinov Naxçıvan sazişi ilə türk dünyasının əlaqələrinin daha da güclənəcəyini söyləyib. Onun sözlərinə görə, Naxçıvan zirvə görüşündə Azərbaycan prezidenti İlham Əliyevin TÜRKSOY-un fəaliyyətinə verdiyi yüksək qiymət təşkilatın rəhbərliyində iftixar hissi doğurub. ANSPRESS



DOSTLARINLA PAYLAŞ:

oyunlar