Türkiyədə ermənilərin törətdiyi vəhşiliyin növbəti izi
11 Aprel 2011 Bazar Ertəsi 05:59
Ərzurumun Pasinlər rayonunda türklərə aid kütləvi məzarlıq tapılıb.
Türkiyə Ərzurum vilayətinin Pasinlər rayonunda məktəb tikintisi üçün bünövrə qazılarkən kütləvi məzarlıq tapılıb. “Türk-erməni araşdırmaları mərkəzi”nin sədri Erol Kürkçüoğlu kütləvi məzarlığın 1918-ci il martın 12-də I Qafqaz korpusunun Ərzuruma girdiyi anda geri çəkilən erməni quldurlarının yolüstü törətdiyi qətliamlara aid ola biləcəyini deyib.

“Pasinlər eerməni quldurlarının törətdiyi qətliamlarda 2 500-ə yaxın şəhid vermiş bir rayondur. Sümüklərin tapıldığı yer Pasnlərin girişi və erməni quldurlarının geri çəkildiyi yerdir. Bu günə qədər apardığımız araşdırmalar nəticəsində, arxiv materiallarına istinadən bilirik ki, Pasinlər və ətrafında yüzlərlə qadın, uşaq və yaşlılar erməni quldurları tərəfindən vəhşicəsinə öldürülüb. Aprelin 12-də ərazidə qazıntı apararaq həqiqətləri meydana çıxaracağıq”. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar