Türkiyədə Azərbaycan xəbər agentliyi fəaliyyətə başlayır
10 Aprel 2013 Çərşənbə 21:06
ARDNŞ qardaş ölkənin media sektoruna qatılır.
Petkim-in sahibi ARDNŞ Türkiyədə enerji sektorundan sonra media sektoruna da qatılır. ANS PRESS-in Türkiyə mətbuatına görə, "Socar Turkey Medya" adı altında fəaliyyətə başlayacaq media şirkəti xəbər agentliyi olaraq fəaliyyət göstərəcək. Media şirkətin gələcəkdə qəzet, jurnal və kitabların çap edilməsini də nəzərdə tutub.

Ölkəmizdə fəaliyyət göstərən ATV televiziya kanalının nəzdində olan "ATV İnternational" da artıq ayrıca kanal kimi fəaliyyət göstərəcək. "ARDNŞ Media" İctimai birliyinin nəzdində fəaliyyətə başlayacaq yeni televiziya kanalı "CBC" (Caspian Broadcasting Company) adlanacaq.

Telekanalın təqdimatında ARDNŞ-in vitse-prezidenti Xaliq Məmmədov bildirib ki, ARDNŞ artıq Azərbaycandan kənarda investisiya layihələri həyata keçirir. O cümlədən, şirkət Avropada da bir sıra investisiya layihələri həyata keçirir. "Həmin layihələrlə yanaşı ARDNŞ sosial layihələr də reallaşdırır, ictimai rəydə fikirin formalaması üçün müəyyən işlər görür. Bu məqsədlə də "SOCAR Media" Qeyri-Kommersiya İctimai Birliyi yaradılıb. Bizim üçün Azərbaycanda azad mediaya dəstək vermək çox maraqlıdır", - deyə X. Məmmədov vurğulayıb.

Məmmədov vurğulayıb ki, məqsəd "CBC" timsalında regionda lider televiziya kanalını yaratmaqdır. O qeyd edib ki, kanalda müxtəlif dillərdə verilişlər yayımlanacaq və həmin verilişlərin yalnız 10 faizi Azərbaycan dilində olacaq. "CBC-nin regionda yaşayan digər xalqların dilində yayımlanması ARDNŞ-in biznes maraqlarını, həmçinin Azərbaycan dövlətinin siyasətini təbliğ etməyə imkan verəcək", - o deyib.



DOSTLARINLA PAYLAŞ:

oyunlar