Türkiyədə Azərbaycan gecəsi keçiriləcək
25 Avqust 2010 Çərşənbə 16:30
Tədbir avqustun 28-də Ankarada təşkil olunacaq.
Avqustun 28-də Ankarada Azərbaycan gecəsi keçiriləcək. Diasporla İş üzrə Dövlət Komitəsindən (DİDK) ANS PRESS-ə verilən məlumata görə, II Beynəlxalq Ramazan Festivalı çərçivəsində keçiriləcək tədbirin təşkilatçıları Türkiyə-Azərbaycan Dərnəyi və Keçiören Bələdiyyəsidir.
Azərbaycan gecəsində Keçiören Bələdiyyəsinin başçısı Mustafa Ak, Azərbaycanın Türkiyədəki səfirliyinin nümayəndəsi Rəşat Vahabzadə, Türkiyə-Azərbaycan Dərnəyinin sədri Sinan Oğan, DİDK-nin təmsilçisi Elnar Məmmədov çıxış edəcəklər. Gecənin bədii hissəsinə Azərbaycan milli rəqs nümunələri, müğənni Cavid Təbrizlinin konserti daxildir.
Qeyd edək ki, Azərbaycan gecəsinin davamı olaraq avqustun 26-31-də festivalın keçirildiyi məkanda böyük Azərbaycan Guşəsi açılacaq. Burada bütün festival iştirakçıları və şəhər sakinləri Azərbaycan haqqında ətraflı bilgilərlə tanış ediləcək, onlara broşürlar, CD-lər və ölkəmizin təbliği ilə bağlı digər əyani vasitələr paylanacaq. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: