Türkiyənin Manisa şəhərində ticarət mərkəzində saxta puldan istifadə etməyə cəhd edən üç azərbaycanlı qadın saxlanılıb. "İhlas"ın məlumatına görə, saxlanılanlar Sevda (42), Xanım (39) və Aytəkin (23) adlı qadınlardır. Qadınlar barədə polisə şikayəti isə onların davranışlarından şübhələnən ticarətçilər veriblər.
Ticarət mərkəzində təhlükəsizlik tədbirləri görən polis, qadınları sərnişin avtobusunda yaxalaya bilib. Saxta pul əskinasları qadınların üzərindən də çıxıb.
Hər üç qadın saxlanılıb. Faktla bağlı araşdırmalar davam edir. Qadınların pulu hansı yolla əldə etdikləri araşdırılır. /ANS PRESS/