Türkiyədə 170 kişini QİÇS-ə yoluxduran qadın Azərbaycana göndərilir
04 Aprel 2014 Cümə 13:48
Türkiyənin Batman Vilayətində polisin keçirdiyi əməliyyat nəticəsində saxlanılan və 170 kişiyə QİÇS xəstəliyini yaymaqda təqsirli bilinən azərbaycanlı qadın ölkədən deportasiya edilir.
ANS PRESS-in məlumatına görə, Türkiyə mətbuatı saxlanılan qadının Azərbaycana deportasiya edilə biləcəyini yazır.
Xatırladaq ki, Türkiyə polisi mart ayının 28-də Batman vilayətində “əxlaqsız yuva” aşkarlamışdı. Polisin keçirdiyi əməliyyat nəticəsində fahişəliklə məşğul olan 5 əcnəbi qadın saxlanılməşdı. Onların arasında Azərbaycan və Gürcüstandan olan qadınlar da var. Onların polisə verdiyi ifadəsində 170 nəfərlə birlikdə olduqlarını deyiblər.
DOSTLARINLA PAYLAŞ: