Türkiyə XİN: Suriyalılar qaçqın deyil, qonaqdır
24 İyun 2011 Cümə 16:17
Əhməd Davudoğlu Suriya ilə əlaqələrin davam etdiriləcəyini bəyan edib.
Suriya prezidenti Bəşər Əsədin xalqa müraciətində islahatlara işarə baxımından irəliləyiş ünsürləri var, lakin bunların konkret addımlarla həyata keçirilməsi lazımdır. Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu belə hesab edir. Hakim "Ədalət və İnkişaf Patiyası"nın Konyadan olan millət vəkili Əhməd Davudoğlü Türkiyə Böyük Millət Məclisində qeydiyyatdan keçdikdən sonra jurnalistlərin suallarını cavablandırıb.
Davudoğluna "Suriya ilə sərhəddə bəzi hadisələr baş verir. Bəs Ankara-Dəməşq münasibətlərində gərginlikdən söhbət gedə bilərmi?" sualı verilib. "Türkiyə-Suriya əlaqələri hər hansı iki ölkə arasında qonşuluq münasibətlərindən də qat-qat yuxarı səviyyədədir. Yaxın qohumluq əlaqələrimiz var. Sərhəd ərazilərdə eyni nəslə mənsub olanlar var. Hadisələrin siyasi və beynəlxalq miqyası ilə yanaşı, humanitar tərəfi də böyük əhəmiyyət daşıyır. Suriyada islahatların tezliklə həyata keçirilməsi və əmin-amanlığın bərqərar edilməsi üçün Suriya ilə əlaqələrimizi davam etdirəcəyik." - Türkiyənin xarici işlər naziri belə deyib.
Əhməd Davudoğlu Türkiyə ərazisinə pənah gətirən suriyalı qaçqınlar məsələsini Suriyalı həmkarı ilə müzakirə etdiyini də bildirib. "Dünən onların sayı 10,500 nəfər idi, bu gün də çox sayda suriyalı qəbul etmişik. Biz onlara qaçqın kimi deyil, qonaq kimi yanaşırıq". - Əhməd Davudoğlu belə deyib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: