Türkiyə səfirliyi Ərdoğanın səfəri ilə bağlı açıqlama yayıb
19 Yanvar 2011 Çərşənbə 19:40
"Baş nazirin Azərbaycana nəzərdə tutulan səfərinin təxirə salındığı barədə məlumatlar əsassızdır".
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın Azərbaycana nəzərdə tutulan səfərinin təxirə salındığı barədə məlumatlar əsassızdır. Türkiyənin Azərbaycandakı səfirliyinin yaydığı açıqlamada bildirilir ki, Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının ilk toplantısının keçirilməsi ilə bağlı hazırlıq işləri davam etməkdədir.
Xəbərə görə, bu işlər başa çatdıqdan sonra baş nazir Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfər edəcək. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: