Türkiyə sәfiri Azərbaycan xalqını təbrik edib
29 Dekabr 2009 Çərşənbə Axşamı 16:50
Türkiyə Cümhuriyyətinin Azərbaycandakı səfiri Hulusi Kılıç 31 dekabr - Dünya Azәrbaycanlılarının Hәmrәylik Günü vә Yeni il bayramı münasibətilə Azərbaycan xalqını tәbrik edib.
Səfirlikdən APA-ya verilən məlumata görə, təbrikdə deyilir: “Yeni ilin azәrbaycanlı bacı-qardaşlarıma vә bütün türk dünyasına sülh, әmin-amanlıq, rifah, xoşbәxtlik, bәrәkәt vә әn xoş müjdәlәri özü ilә gәtirmәsini arzu edir, 2010-cu ildə Azərbaycanımızın bütün problemlərinin sülh yolu ilə həll olunmasını və qardaş ölkələrimiz arasındakı dostluğun, hərtərəfli əməkdaşlığın daha da genişlənməsini və güclənməsini səmimi qəlbdən diləyirəm”. APA


DOSTLARINLA PAYLAŞ:

oyunlar