Türkiyə qondarma soyqırımına qarşı hücuma keçib
21 Aprel 2010 Çərşənbə 17:05
Məsələ ilə əlaqədar 10 maddədən ibarət "hərəkat planı" hazırlanıb.
Artıq rəsmi Ankara Ermənistanın qondarma erməni soyqırımı iddialarına qarşı hücuma keçib. Ermənilərin 24 aprel qondarma erməni soyqrımı ilə əlaqədar Türkiyəyə qarşı fəaliyyətlərini aktivləşdirdiyi bir vaxtda Türkiyə də adekvat addım atmaq qərarına gəlib.

Türkiyə Xarici İşlər Nazirliyi məsələ ilə əlaqədar 10 maddədən ibarət “hərəkat planı” hazırlayaraq ölkəni xaricdə təmsil edən bütün qurumlara göndərib. Türkiyə kütləvi informasiya vasitələrinin verdiyi məlumata görə, hərəkat planına əsasən aşağıdakılar daxil edilib:

- Olduğunuz (Türklər) hər bir ölkədə erməni diasporası ilə sıx əməkdaşlıq edin. Təşkil etdiyiniz bütün tədbirlərin qapısını ermənilərə də açın, dəvət etdiyiniz qonaqlar arasına onları da daxil edin,

- Ermənilərin aktiv şəkildə təşkil etdikləri tədbir və toplantılara qatılın və onlara Türkiyənin mövqeyini anladın,

- Erməni qrupunda təməl olaraq üç qrup mövcuddur: soyqırımı iddiasında qazanc əldə edənlər, Türkiyədən köçmüş, lakin hələ də Türkiyə ilə əlaqəsi olanlar, soyqrımı məsələsində nisbətən iddiasız olanlar. Erməni diasporasında bu məsələ ilə bağlı zəif mövqe nümayiş etdirənlərlə, eləcə də Türkiyəyə qarşı çıxanlarla da sıx təmasda olun. Türkiyəyə qarşı çıxanları səfirlik və baş konsulluqlarda təşkil olunan tədbirlərə, eləcə də Türkiyəyə dəvət edin.

- Olduğunuz ölkələrdə Ermənistan diplomatları ilə əlaqələr saxlayın. Onların dəvət və toplantılarına mütləq qatılın,

- Olduğunuz ölkələrin universitet, ictimai müəssisələri, xüsusilə də akademiyaları ilə ünsiyyət qurun. Təşkil etdikləri tədbirlərə qatılıb, hər fürsətdə Türkiyənin qondarma erməni soyqrımına dair mövqeyini təqdim edin,

-Olduğunuz ölkələrin alimləri ilə ünsiyyət qurun. Onlara Türkiyənin mövqeyini izah edin,

-Türkiyənin yaxın əlaqədə olduğu Balkan ölkələri, Orta Şərq, eləcə də qonşu ölkələrlə ələqələrinizi genişləndirin. Ermənilərin iddialarını bu ölkələrin diplomatları ilə gündəmə gətirin. Üçüncü ölkə diplomatlarının, xüsusilə də Türkiyəyə qarşı isti münasibət bəsləyən nazirlərin soyqırım məsələsində Türkiyənin mövqeyini öyrənmələrini təmin edin,

- Olduğunuz ölkələrdə Türkiyənin mövqeyini təqdim edərkən, xüsusilə Ankaranın təklif etdiyi və Ermənistanla imzalanan protokollarda yer alan “ortaq tarix komissiyası” məsələsini də gündəmdə saxlayın. Ana mesaj olaraq, tarixin tarixçilər tərəfindən müəyyənləşdirilməsinin lazım olduğunu vurğulayın ,

- Türkiyə-Ermənistan münasibətlərini diqqət mərkəzində saxlayın. Bu münasibətlərin yaxşılaşmasının iki ölkənin əhalisinin rifahına müsbət təsir edəcəyini vurğulayın,

- Türkiyə-Ermənistan münasibətlərinin tənzimlənməsi ilə Qafqazda da stabilliyin artacağını dilə gətirərək, bu çərçivədə bütün regiounun stabilliyə qovuşması üçün sadəcə Ankara-İrəvan münasibətlərinin yaxınlaşması deyil, Dağlıq Qarabağ münaqişəsinin həllinin mühüm olduğunu da anladın. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar