Türkiyə Qəbələ RLS-də təhlükə görmür
16 Dekabr 2011 Cümə 18:23
Bu, Azərbaycan və Rusiya arasında ikitərəfli münasibətlərin məsələsidir.
Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç Türkiyə tərəfinin Rusiyanın Azərbaycanda icarəyə götürdüyü Qəbələ RLS-in fəaliyyətində təhlükə gördüyü haqda bəzi kütləvi informasiya vasitələrinin fikirləri ilə razılaşmadığını bildirib.
“Bu, Azərbaycan və Rusiya arasında ikitərəfli münasibətlərin məsələsidir və Türkiyə tərəfini narahat etmir”, - deyə diplomat cümə günü mətbuat konfransında bəyan edib.
Səfirin sözlərinə görə, Azərbaycan-İsrail münasibətlərinin inkişafı da Türkiyə tərəfini narahat etmir. “Bu rəsmi Bakının işidir və mən bu münasibətləri şərh etmək istəməzdim”, - deyə o əlavə edib.
DOSTLARINLA PAYLAŞ: