Türkiyə Qarabağ danışıqlarına qoşulacaq?
12 May 2010 Çərşənbə 19:55
Türkiyə Qarabağ danışıqlarına qoşulacaq? Rəcəb Tayyib Ərdoğan bu variantı istisna etmir.
Türkiyə Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində iştirakını istisna etmir. Belə bir bəyanatla Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğan Rusiya prezidenti Dmitri Medvedevlə birgə keçirdiyi mətbuat konfransında çıxış edib.

“ATƏT-in Minsk qrupu bu məsələdə fəaliyyətini uğurla davam etdirsə, Türkiyənin münaqişənin həlli prosesində iştirakını istisna etmirəm”, - deyə Ərdoğan bildirib.

Ərdoğan eyni zamanda qeyd edib ki, əsas vəzifə Azərbaycan və Ermənistanı münaqişəni sülh yolu ilə həllinə nail ola biləcək nöqtəyə sövq etməkdir. Türkiyəli baş nazir əmin edib ki, ölkəsi hər vasitə ilə nizamlanma prosesinin davam etdirilməsinə yardım edəcək. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar