Türkiyə protokolların ratifikasiya prosesini uzatmaq istəyir
19 Yanvar 2010 Çərşənbə Axşamı 13:45
Bunu Ermənistanda hakim Respublika Partiyasının mətbuat katibi Eduard Şarmzanov deyib.
Ermənistan Konstitusiya Məhkməsinin Türkiyə-Ermənista prortokolları ilə bağlı qərarında əlavə ön şərtlərin olması barədə Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatı, Ankaranın bu protokolların ratifikasiya prosesini süni olaraq uzatması barədə niyyətindən xəbər verir. Bunu “Novsoti-Armeniya” agentliyinə müsahibəsində Ermənistanda hakim Respublika Partiyasının mətbuat katibi Eduard Şarmzanov deyib.
Onun sözlərinə görə, Türkiyə özünün qeyri-konstruktiv mövqeyini müdafiə etmək üçün süni səbəblər axtarır. Amma bu cür fəaliyyətlə Türkiyə özünü gülməli vəziyyətə salır.

“Türkiyəli həmkarlarımı məlumatlandırmaq istəyirəm ki, Ermənistan Konstitusya məhkəməsinin giriş hissəsində müstəqllik barədə bəyanat qeyd olunub və burada aydın yazılıb ki, Ermənistan erməni soyqırımının beynəlxalq müstəvidə tanınmasının tərəfdarı olmalıdır”, deyə Şarmazanov bildirib.

“Türkiyə erməni tərəfinin mövqeyini yaxşı bilir. Türkiyə tərəfinin yanaşmasından fərqli olaraq, Ermənistan tərəfindən heç bir şərt yoxdur”, deyə sözçü əlavə edib.

Qeyd edək ki, Konstitisuya məhkəməsinin qərarında qeyd olunur ki, protokollarda qeyd olunan öhdəliklər beynəlxalq hüquq və beynəlxalq təcrübə prinsiplərinə əsaslanır. Amma məhkəmə qərarında qeyd olunub ki, protokolların izahı və həyata keçirilməsi Ermənistan Konstitusiyasının müqəddiməsinə zidd olmamaldıır.

Türkiyə Xarici İşlər Nazirliyi "10 Oktyabr 2009-cu il tarixində imzalanan Türkiyə -Ermənistan Protokolları ilə bağlı Ermənistan Konstitusiya Məhkəməsinin Konstitusiyaya uyğun olması ilə bağlı qərarında, Protokolların məzmununa və mənasına zidd ön şərtlər və məhdudlaşdırıcı müddəların qeydə alınması" barədə bəyanat verib. Bəyanatda deyilir:
"Məhkəmənin qərarı protokolların müzakirəsinin vacibliyini və protokolların vəsilə olduqları əsas məqsədi axsadır. Bu cüt yanaşma tərəfimizdən qəbul edilə bilməz. Türkiyə, beynəlxalq səviyyədəki öhdəliklərinə hər zamankı kimi sədaqət nümayiş etdirərək protokolların müddəalarına sadiq olduğunu bir daha bəyan edir. Eynı sədaqəti Ermənistan hökumətindən də gözləyirik". ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar