Türkiyə prezidenti avqustun 16-da Azərbaycana gələcək
09 Avqust 2010 Bazar Ertəsi 12:58
Türkiyə prezidenti Abdulla Gülün Bakıya səfərinin tarixi məlum olub. APA-nın məlumatına görə, səfər avqustun 16-da baş tutacaq.
Prezidentin səfər proqrammı üzərində iş hələ tamamlanmayıb. Keçiriləcək görüşlərdə ikitərəfli əlaqələr, iki ölkə arasında viza rejiminin ləğvi, enerji sahəsində əməkdaşlıq, regional məsələlər müzakirə olunacaq. Səfər zamanı müzakirə olunacaq əsas məsələlərdən biri də Dağlıq Qarabağ münaqişəsi olacaq. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: