Türkiyə parlamentinin sədri prezident İlham Əliyevə söz verdi
26 Sentyabr 2009 Şənbə 15:50
Dağlıq Qarabağ münaqişəsi həll olunmayana qədər protokollar Türkiyə Böyük Millət Məclisindən keçməyəcək
Bu gün prezidenti İlham Əliyev Azərbaycanda səfərdə olan Türkiyə Böyük Millət Məclisinin sədri Məhmət Əli Şahinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Türkiyə parlamentinin sədri Məhmət Əli Şahin Türkiyə Böyük Millət Məclisinin sədri kimi ilk xarici səfərlərindən birini Azərbaycana etməsindən məmnunluğunu bildirdi. Prezident İlham Əliyev isə bildirib ki, dövlət başçıları tərəfindən əsası qoyulan bu ənənənin parlament rəhbərləri tərəfindən davam etdirilməsi ölkələrimiz arasında olan münasibətlərin yüksək göstəricisidir.

Məhmət Əli Şahin Türkiyə-Ermənistan münasibətlərindən danışaraq deyib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi həll olunmayana qədər razılaşmaya dair protokollar Türkiyə Böyük Millət Məclisindən keçməyəcək. Prezident İlham Əliyev bu mövqeyə görə təşəkkür edib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar